...

Azərbaycan parlamentində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı milli proqram hazırlanması təklif edilib

Siyasət Materials 30 İyun 2009 12:58 (UTC +04:00)
Azərbaycan parlamentində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı  milli proqram hazırlanması təklif edilib

Azərbaycan, Bakı, 30 iyun /  Trend , müxbir A.Hüseynbala /

Azərbaycan parlamentinin deputatı Dağlıq Qarabağ probleminin həlli ilə bağlı xüsusi milli proqram hazırlanmasını təklif edib.

"Sülh danışıqlarının son dərəcə yubandığını nəzərə alaraq problemin həllində qanunverici orqanın rolunun artmasını zəruri hesab edirəm", - Trend -un məlumatına görə, bunu parlamentin çərşənbə axşamı keçirilən iclasında Milli Məclisin deputatı, Müsavat Deputat Qrupunun üzvü Nəsib Nəsibli bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb  1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Onun sözlərinə görə, Azərbaycanın müvafiq icraedici orqanı "Qarabağ probleminin həlli konsepsiyası" adlı milli proqram hazırlayıb, parlamentin müzakirəsinə təqdim etməlidir.

"Hər ilin sonunda bu proqram çərçivəsində problemin həlli ilə bağlı danışıqların vəziyyəti parlamentə müzakirə olunmalıdır", - deputat deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti