...

Azərbaycan polisi əvvəllər məhkum olunmuş şəxsi narkotik satarkən saxlayıb

Siyasət Materials 1 İyul 2009 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan polisi əvvəllər məhkum olunmuş şəxsi narkotik satarkən saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş İlham Möhsünov və Əlizadə Məmmədov cinayət əlaqəsinə girərək 10 kiloqram həşişi satarkən tutulublar.

Faktla bağlı cinayət işi başlanıb.

Trend -un arayışı: Ötən il ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2723 fakt qeydə alınıb. Bu isə 2007-ci ildəkindən 359 fakt çoxdur. Həmin faktlardan 1044-ü satış, 1566-sı saxlama, 97-si əkinlə bağlıdır.

Ötən il 54 xarici vətəndaşdan 116 kiloqramdan artıq narkotik aşkar edilərək götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılan əcnəbilərdən 24-ü İran, 17-si Gürcüstan, 12-si Rusiya, 1-i Ukrayna vətəndaşı olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti