Azərbaycan, Bakı, 01 iyul / Trend /
Azərbaycan Prezidenti İlham Əliyev "Azəriqaz" QSC-nin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyinə verilməsi barədə sərəncam imzalayıb. Məlumatı AzTV telekanalı yayıb.
Prezidentin sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinə və Vergilər Nazirliyinə ARDNŞ-nin tərkibində "Azəriqaz" QSC-nin yenidən təşkil edilməsi və dövlət qeydiyyatına alınmasının təmin olunması tapşırılıb.
Nazirlər Kabinetinə 1 ay müddətində ARDNŞ-nin Nizamnaməsi və strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini və qüvvədə olan qanunvericilik aktlarının bu sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməsi tapşırılıb.