...

Alasaniya ABŞ-da Gürcüstanın rəsmi şəxsləri ilə görüşünü təkzib edir

Siyasət Materials 1 İyul 2009 20:55 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 01 iyul / Trend , müxbir N.Kirsxaliya /

"Gürcüstan Naminə Alyans"ın lideri İrakli Alasaniya Gürcüstanın xarici işlər naziri Vano Merabişvili və onun müavini Qiqa Bokeriya ilə ABŞ-a səfəri çərçivəsində görüşməsi barədə xəbəri tamamilə təkzib edir.

"Bokeriya və Merabişvili ilə heç bir görüşüm olmayıb", - bugünkü brifinqdə bir gün əvvəl Vaşinqtondan qayıtmış Alasaniya deyib.

O, həmçinin Berlində sabiq Gürcüstan XİN rəhbəri Kaxa Taraqamadze ilə Alasaniyanın alyansına daxil olan siyasi tərəfdaşları Levan Qaçeçiladze və David Qamkrelidzenin qalmaqallı görüşünə də toxunub.

"Bu xüsusi bir görüş idi və siyasətə heç bir aidiyyatı olmayıb. Ona görə də bizim alyans qalır", - o bildirib.

Alasaniya, həmçinin vurğulayıb ki, siyasi spektrdə xarici kapital və maliyyələşmə olmamalıdır. Bu bəyanatı alyansın lideri hökumətin müxalifət partiyalarının xaricdən maliyyələşdirilməsinə aid edilən bəyanatına cavab olaraq verib. "Heç bir xarici kapital və maliyyələşdirmənin olmamasını hesab edirəm", - Alasaniya deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti