...

Avropa Xalq Partiyası Azərbaycanın hakim partiyası ilə əməkdaşlıq etmək niyyətindədir

Siyasət Materials 4 İyul 2009 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul / Trend , müxbir A.Hüseynbala /

Avropa Xalq Partiyası (AXP) Azərbaycanın hakim partiyası ilə əməkdaşlıq etmək niyyətindədir.

"Avropa Parlamentində ən böyük siyasi qüvvə olan Avropa Xalq Partiyası ilə əməkdaşlıq məsələsi partiyanın bu ilin payızında keçiriləcək toplantısında müzakirə ediləcək", - şənbə günü Trend hakim Yeni Azərbaycan Partiyasının (YAP) saytına istinadən məlumat verib.

Trеnd Nеws-un аrаyışı: Avropa Xalq Partiyasına Avropa İttifaqına (Aİ) üzv olan dövlətlərin sağ-mərkəz yönümlü siyasi partiyaları daxildir. Aİ üzvü olmayan yeddi ölkədən sağ-mərkəzçi siyasi qüvvələr bu partiyada müşahidəçi qismində iştirak edirlər.

Litvanın paytaxtı Vilnüsdə keçirilən ATƏT Parlament Assambleyasının yay sessiyasında iştirak edən Milli Məclisin deputatı Asəf Hacıyev iyulun 3-də Avropa Xalq Partiyasının sədri Vilfred Martens, isveçli deputat Valburqa Habsburq Duqlas və ATƏT PA-nın xüsusi nümayəndəsi Qoran Lenmarker ilə görüşüb: "Görüşdə hakim partiyanın müşahidəçi qismində iştirakı məsələsi müzakirə edilib", - məlumatda bildirilir.

Hacıyev YAP adından AXP-nin sədrini Azərbaycana dəvət edib.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti