...

Azərbaycan və Suriya prezidentlərinin təkbətək görüşü olub

Siyasət Materials 8 İyul 2009 14:33 (UTC +04:00)

İyulun 8-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsəd və xanımı Əsma əl-Əsəd ilə birgə görüşü olub, çərşənbə günü AzərTAc dövlət agentliyi məlumat yayıb.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Suriya Prezidenti Bəşşar əl-Əsədin təkbətək görüşü keçirilib.

Görüşdə dövlət başçıları ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluqlarını ifadə ediblər.
Prezidentlər dövlətlərimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər, bu səfərin Azərbaycan-Suriya ikitərəfli münasibətlərinin yeni mərhələyə yüksəlməsinə təkan verəcəyini vurğulayıblar.

Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti