...

ABŞ müsəlman dünyası ilə əməkdaşlığın yaxşılaşdırılmasına cəhd göstərir - Dövlət katibinin müavini

Siyasət Materials 11 İyul 2009 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul / Trend , müxbir E.Ostapenko /

ABŞ-ın Azərbaycandakı siyasəti ABŞ Prezidenti Barak Obamanın müsəlman dünyası ilə münasibətlərin yüksək keyfiyyətli yeni səviyyəsi haqqında bəyanatının təzahürüdür. Bu barədə Bakıda ikigünlük rəsmi səfərdə olan ABŞ Dövlət katibinin birinci müavini Ceyms Staynberq bildirib.

Stayberqin sözlərinə əsasən, Birləşmiş Ştatlar Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda maraqlıdır ki, bu da regionda uzunmüddətli əməkdaşlıq üçün əsasdır. Lakin ABŞ iki ölkə arasında daha geniş əməkdaşlıq qurmağa cəhd edir. Bu barədə o, şənbə günü jurnalistlərə bildirib. 

Amerika-Azərbaycan münasibətlərinin çoxtərəfli inkişafını qeyd edərək, Staynberq ABŞ-ın Əfqanistandakı səylərini dəstəklədiyi üçün  Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

"Bu, bizim əməkdaşlığımızın əsas hissəsidir. Azərbaycan Birləşmiş Ştatların ən vacib tərəfdaşıdır", - deyə o bildirib.

ABŞ-ın azadlığın dəstəklənməsi üzrə aktına 907-ci düzəlişin ləğv edilməsinin mümkünlüyünü şərh edərək Staynberq bildirib ki, düzəliş uzun müddət ərzində Amerika qanunvericiliyinin bir hissəsi olub. 

Onun fikrincə, ABŞ-ın məqsədi Azərbaycanla münasibətləri daha da möhkəmlətmək üçün Azərbaycan hökuməti və ABŞ konqresi ilə əməkdaşlıq etməkdir.  

ABŞ tərəfindən 1992-ci ilin oktyabr ayında qəbul edilmiş "Azadlığın dəstəklənməsi aktı" qanununa 907-ci düzəliş hələ də qüvvədədir. Bu düzəliş "Ermənistan və Dağlıq Qarabağın Azərbaycan tərəfindən mühasirəsi" ilə əlaqədar olaraq Azərbaycana Amerika hökumətinin birbaşa yardımının göstərilməsinə qadağa qoyur.

1997-2000-ci illər ərzində Klinton administrasiyası Konqresin 907-ci düzəlişi ləğv etməsi üçün dəfələrlə cəhd edib. Düzəlişin qüvvədə olması 2002-ci ildən ABŞ Prezidenti tərəfindən dayandırılır. 907-ci düzəlişin işi həmçinin 2009-cu ildə də dayandırılıb.

"Düşünürəm ki, bizim konstruktiv əməkdaşlığımızın örnəyi (ABŞ və Azərbaycan arasında) etibar hissinin formalaşmasında əsas məsələdir. yaxın aylar və illər ərzində nə baş verəcəyini demək çox çətindir, lakin mən hesab edirəm ki, vaxt ötdükcə biz irəliləmək üçün əməkdaşlığın daha yüksək səviyyəsinə və daha sıx əlaqələrə nail olacağıq", - deyə Staynberq bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti