...

Gürcüstan hökuməti xaricdə işləyən gürcü ekspertlərin tövsiyələrini nəzərə alacaq

Siyasət Materials 13 İyul 2009 12:00 (UTC +04:00)
Gürcüstan hökuməti xaricdə işləyən gürcü ekspertlərin tövsiyələrini nəzərə alacaq

Gürcüstan, Tbilisi, 12 iyul /  Trend , müxbirN. Kirtsxaliya /

Gürcüstanın Dövlət dəftərxanasında Baş nazir Niki Qilauri və xaricdə yaşayan gürcü biznesmenlərlə görüş keçirilib.

İclas bağlı qapı arxasında keçirilir. Xaricdə maliyyə və bank institutlarında çalışan biznesmenlər Gürcüstanda rəsmi səfərdədirlər, 16 biznesmen gəlib.

Nika Qilauri bildirib ki, xaricdə yaşayan gürcü biznesmenlərin Gürcüstana gəlib ölkədə iqtisadi vəziyyətlə tanış olmaları yaxşı hala çevrilir. Bu artıq ikinci səfərdir.

Baş nazirin sözlərinə görə, Gürcüstan hökuməti biznesmenləri dövlətin bir müddət əvvəl təklif etdiyi iqtisadi stimullaşdırma üzrə yeni maliyyə paketi ilə tanış edib.

"Biznesmenlər müəyyən mülahizələr söyləyiblər. Onlar həm iqtisadi, həm də bank sektorunda yüksək səviyyəli ekspertlər olduğundan fikirləri mütləq nəzərə alınacaq", - Qilauri deyib.

Biznesmenlər həmçinin Gürcüstan Prezidenti ilə də görüşüblər.

Məqalə müəllifi ilə əlaqə vasitəsi : [email protected]

Xəbər lenti

Xəbər lenti