...

İranda 200 nəfər A/H1N1 virusuna yoluxmaqda şübhəli bilinir

Siyasət Materials 14 İyul 2009 10:59 (UTC +04:00)
İranda 200 nəfər A/H1N1 virusuna yoluxmaqda şübhəli bilinir

İranın Səhiyyə Nazirliyinin İnfeksion Xəstəliklər Mərkəzinin direktoru Məhəmməd Mehdi Quya bildirib ki, ölkədə indiyədək bir nəfərin  A/H1N1 virusuna yoluxması təsdiqlənib, 200 nəfər isə bu virusa yoluxmaqda şübhəli bilinir. Bu barədə İranın İLNA xəbər agentliyi məlumat yayıb.

Quyanın sözlərinə görə, bu il Həcc ziyarəti zamanı iranlı zəvvarların Səudiyyə Ərəbistanına ziyarətə getməsinə məhdudiyyətlər qoyulacaq. "Son məlumatlara görə, Səudiyyə Ərəbistanında 150 nəfər A/H1N1 virusuna yoluxub. Xəstəliyin geniş yayılmaması məqsədi ilə bu il Həcc ziyarətinə göndərilən ziyarətçilərə məhdudiyyətlər qoyulacaq", - deyə Quya bildirib.

Xəbər lenti

Xəbər lenti