...

Azərbaycan Prezidenti "British Council"in sədri ilə görüşüb

Siyasət Materials 15 İyul 2009 10:35 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 14-də Londonda "British Council"in hazırkı sədri Cerard Lemos ilə görüşüb. Bu barədə AzərTac Dövlət İnformasiya agentliyi xəbər verib.

Prezident İlham Əliyev "British Council"in ölkəmizdəki işini müsbət qiymətləndirərək, təşkilatın Azərbaycanda fəaliyyətini davam etdirməsi üçün bütün imkanların olduğunu vurğulayıb.

Lemos bildirib ki, əsas fəaliyyət istiqaməti ingilis dilinin tədrisi olan "British Council" Azərbaycanda mədəniyyət sahəsində də layihələr həyata keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti