...

Azərbaycan Prezidenti Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnaməni təsdiq edib

Siyasət Materials 16 İyul 2009 20:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb
Azərbaycan Prezidenti Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnaməni təsdiq edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı "Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə fərman imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Fərmanda Mərkəzi Bankın Maliyyə Monitorinqi Xidmətinin strukturunu və ştat cədvəlini 15 gün müddətində təsdiq etməsi qeyd olunub.

Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməsi və Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təşkili üçün müvafiq binanın ayrılması və maddi-texniki təminatı ilə bağlı məsələləri həll etməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti