...

Alasaniyanın partiyası Gürcüstanın radikal müxalifətinin 22 iyulda keçirəcəyi aksiyada iştirak etməyəcək

Siyasət Materials 17 İyul 2009 20:32 (UTC +04:00)
İrakli Alasaniyanın partiyası "Bizim Gürcüstan - azad demokratlar" Gürcüstanın radikal müxalifətinin 22 iyulda ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Gürcüstana səfərinə həsr olunacaq etiraz aksiyasında iştirak etməyəcək.
Alasaniyanın partiyası Gürcüstanın radikal müxalifətinin 22 iyulda keçirəcəyi aksiyada iştirak etməyəcək

Gürcüstan, Tbilisi, 17 iyul / Trend , müxbir N.Kirsxaliya /

İrakli Alasaniyanın partiyası "Bizim Gürcüstan - azad demokratlar" Gürcüstanın radikal müxalifətinin 22 iyulda ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Gürcüstana səfərinə həsr olunacaq etiraz aksiyasında iştirak etməyəcək.

"Biz bu cür aksiyalarda iştirakdan imtina etdik və hesab edirik ki, hətta Baydenin qarşılanmasına belə ehtiyac yoxdur", - partiyanın baş katibi Zurab Abaşidze jurnalistlərə deyib.

Onun sözlərinə görə, görüş zamanı onlar ABŞ vitse-prezidentinin Gürcüstan qarşısında duran və hazırkı hakimiyyətin həll edə bilmədiyi problemlərin həllinə cəlb edəcək.

"Biz hesab edirik ki, bu rejimdə bizim mövqe və arqumentlərdən daha yaxşı istifadə olunacaq və anlaşılacaq", - Abaşidze bildirib.

Bu aksiyaya "Ədalətli Gürcüstan naminə hərəkat" da qoşulmaq fikrində deyil. Partiyanın lideri Zurab Noqaideli deyib ki, onlar Gürcüstana dost olan ölkələrə qarşı yönəlmiş heç bir aksiyada iştirak etmək fikrində deyillər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti