Azərbaycan, Bakı, 21 iyul / Trend /
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Kənd Təsərrüfatı Nazirliyinin idarəçiliyinə verilməsi barədə sərəncam imzalayıb. Məlumatı "AzərTAc" Dövlət İnformasiya Agentliyi yayıb.
Aqrar bölmədə lizinqin idarə edilməsinin təkmilləşdirilməsi məqsədi ilə imzalanan sərəncama görə, Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Vergilər Nazirliyi bir ay müddətində ASC-nin Nizamnaməsində müvafiq dəyişikliklərin edilməsi və həmin dəyişikliklərin qeydiyyata alınması üçün öz səlahiyyətləri daxilində zəruri tədbirləri həyata keçirməlidir.
"Aqrolizinq" ASC Kənd Təsərrüfatı Nazirliyinin idarəçiliyinə verilib
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Kənd Təsərrüfatı Nazirliyinin idarəçiliyinə verilməsi barədə sərəncam imzalayıb.