Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü İran Prezidenti Mahmud Əhmədinejada Məşhəd şəhərinin beynəlxalq hava limanında baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlət başçısı həlak olanların ailələrinə və yaxın adamlarına, bütün İran xalqına Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.