...

Gürcüstanda keçmiş Avroparlamentari qeyb olub

Siyasət Materials 25 İyul 2009 15:25 (UTC +04:00)
Gürcüstanda keçmiş Avroparlamentrai, İsveş vətəndaşı Per Harton izsiz-soraqsız qeyb olub. Harton ekspert kimi Kvişxeti kəndində “Yaşıllar” Beynəlxalq Hərəkatının seminarına dəvət alıb, gürcüstan KİV-i məlumat verib.
Gürcüstanda keçmiş Avroparlamentari qeyb olub

Gürcüstan, Tbilisi, 25 iyul / Trend , müxbir N. Kirsxaliya/

Gürcüstanda keçmiş Avroparlamentrai, İsveş vətəndaşı Per Harton izsiz-soraqsız qeyb olub.  Harton ekspert kimi Kvişxeti kəndində "Yaşıllar" Beynəlxalq Hərəkatının seminarına dəvət alıb, gürcüstan KİV-i məlumat verib.

Onun həmkarları bildiriblər ki, o mehmanxanadan pulla çıxıb, lakin öz əşyalarını orada qoyub. Axırıncı dəfə onu Tbilisidə "Yaşıllar" partiyasının ofisində, daha sonra alkoqol aldığı yaxınlıqdakı mağazada görüblər.  

Avroparlamentari İtkin düşdüyü gün polislər xəbərdar ediliblər və Hartonun axtarışı başlayıb. 

KİV-in məlumatına görə, isveçli ekspert qeyb olmanın ikinci günü güclü alkoqollu intoksikasiya ilə Quduşauri adına xəstəxanaya çatdırılıb. Orada ona dörd saat müddətində yardım göstərilib. Bundan sonra Harton xəstəxanada qalmaq istəməyib və yenidın qeyb olub.

Xəstəxana adminstrasiyasının əcnəbi ilə bağlı insident barədə polisə məlumat verməməsinin səbəbləri izah edilə bilməyib.

İsveçli ekspertin itməsi barədə artıq cinayət işi qaldırlıb, polis axtarış elan edib. 

Xəbər lenti

Xəbər lenti