...

Gürcü patriarxı vətənə qayıdıb

Siyasət Materials 31 İyul 2009 20:56 (UTC +04:00)
Bütün Gürcüstanın katolikos-patriarxı II İliya Almaniyada keçdiyi müalicə kursundan sonra bu gün gecə Tbilisiyə qayıdıb.
Gürcü patriarxı vətənə qayıdıb

Gürcüstan, Tbilisi, 31 iyul / Trend , müxbir N.Kirsxaliya /

Bütün Gürcüstanın katolikos-patriarxı II İliya Almaniyada keçdiyi müalicə kursundan sonra bu gün gecə Tbilisiyə qayıdıb.

Hava limanında onu Müqəddəs Sinodun üzvləri, dindarlar və iqtisadi inkişaf naziri Laşa Jvaniya qarşılayıb.

Patriarx iyulun 14-dən Münhen klinikasında müalicə alıb. Həkimlərin qənaətinə görə, hazırda onun sağlamlığı stabildir.

Almaniyada olarkən patriarx Gürcüstan diasporunun nümayədələri ilə görüşüb və Münhendə Müqəddəs Çar Vaxtanq Qorqasali gürcü kilsəsində ibadət edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti