...

Azərbaycan və Gürcüstanın sol siyasi partiyaları əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər

Siyasət Materials 31 İyul 2009 14:14 (UTC +04:00)
Azərbaycanın Xalq Sosialist Partiyası (AXSP) və Gürcüstanın Leyborist Partiyası arasında əməkdaşlıq qurulur.
Azərbaycan və Gürcüstanın sol siyasi partiyaları əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Xalq Sosialist Partiyası (AXSP) və Gürcüstanın Leyborist Partiyası arasında əməkdaşlıq qurulur.

İyulun 31-i və avqustun 1-də AXSP sədri Rövşən Hüseynov və Gürcüstanın Leyborist Partiyasının sədri Şalva Natelaşvili arasında görüş keçiriləcək. Bu barədə AXSP-in cümə günü yayılmış məlumatında deyilir.

Tərəflər Cənubi Qafqazdakı vəziyyəti və regionun sol qüvvələrinin qarşılıqlı fəaliyyətini müzakirə edəcəklər.

AXSP 2008-ci ilin oktyabr ayında təsis edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti