...

Azərbaycanlı millət vəkili Avropa Şurasını obyektivlik nümayiş etdirməyə çağırıb

Siyasət Materials 3 Avqust 2009 15:07 (UTC +04:00)
"Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andreas Herkelin ölkəmiz haqqında bildirdiyi tənqidi fikirlər reallığı əks etdirmir", - Paşayeva deyib.
Azərbaycanlı millət vəkili Avropa Şurasını obyektivlik nümayiş etdirməyə çağırıb

Azərbaycan, Bakı, 03 avqust  / Trend , müxbir C.Babayeva /

Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilat və onun nümayəndələri ölkələrə münasibətdə obyektivlik nümayiş etdirməlidir, Trend -un məlumatına görə, bazar ertəsi Yeni Azərbaycan Partiyasının rəsmi saytına Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva bildirib.

"Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andreas Herkelin ölkəmiz haqqında bildirdiyi tənqidi fikirlər reallığı əks etdirmir", - Paşayeva deyib.

Trend -un arayışı: Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Herkel mətbuata bildirmişdi ki, beş il bundan əvvəl Azərbaycan daha azad ölkə idi. Herkel 2004-cü ildən bəri Azərbaycan üzrə məruzəçidir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan demokratiyanın inkişafı istiqamətində uğurlu addımlar atır və görülən işlər yalnız təqdir olunmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti