...

Gürcüstan xarici işlər nazirinin müavini Abxaziya və Cənubi Osetiya ilə bağlı durumu Aİ-nin xüsusi nümayəndəsi ilə müzakirə edib

Siyasət Materials 3 Avqust 2009 19:08 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 avqust / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstan xarici işlər nazirinin müavini Aleksandr Nalbandov bazar ertəsi Aİ-nin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşüb.

"Tərəflər Gürcüstandan ayrılmış Abxaziya və Cənubi Osetiya regionları ilə bağlı durumu müzakirə ediblər", - XİN informasiya və mətbuat departamentindən bildirilib.

Tanınmamış Cənubi Osetiya Respublikasındakı hərbi əməliyyatlar ötən il avqustun 8-də başlayıb. Gürcü qoşunları paytaxt Sxinvaliyə daxil olub, daha sonra rus ordusu şəhəri tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə geri sıxışdırıb.

Avqustun 26-da Rusiya rəsmi olaraq Gürcüstanın tərkibinə daxil olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb, sentyabrın 9-da isə onlarla diplomatik əlaqələr qurub. Rusiya ilə yanaşı, bu respublikaların müstəqilliyini Nikaraqua da tanıyıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti