Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Sərəncamla Axundov Çingiz Məmməd oğluna "Azərbaycan Respublikasının xalq artisti", Hacıyev İsmayıl Muxtar oğlu və Talıbov Tariyel Hüseynəli oğluna "Azərbaycan Respublikasının əməkdar elm xadimi", Camalov Kamal Həsən oğlu, Quliyev Əbülfəz Aman oğlu, Nəcəfova Zərifə Əli qızı və Rzayev Məmməd Hüseyn oğluna "Azərbaycan Respublikasının əməkdar müəllimi", Rəhimov Rəhim Nəcəf oğluna "Azərbaycan Respublikasının əməkdar həkimi", Həmzəyeva Ülviyyə Tapdıq qızına "Azərbaycan Respublikasının əməkdar rəssamı", Mustafayev Nemət Nəriman oğluna "Azərbaycan Respublikasının əməkdar mühəndisi" və Babayev Yusif İmran oğluna "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adları verilib.