Gürcüstan, Tbilisi, 04 avqust / Trend , müxbir N.Kirsxaliya /
"Demokratik hərəkat - Vahid Gürcüstan" partiyasının baş siyasi şurasının üzvləri ilə ABŞ səfirliyinin siyasi və iqtisadi məsələlər şöbəsinin rəhbəri Cudi D.Fişer arasında xüsusi görüş keçirilib. Görüşdə şura üzvləri Fişeri son zamanlar siyasi terrorun sərtləşdirilməsi barədə informasiya ilə tanış ediblər", - hərəkatın mətbuat xidmətindən məlumat verilib.
"Söhbət siyasi rəqiblərə münasibətdə həyata keçirilmiş fiziki, mənəvi və maliyyə terroru və hökumətin yararlandığı metodlardan gedib. Onlarla insan qeyri-qanuni şəkildə həbs olunub, onlarla insan döyülüb və qorxudulub, maşınlar qaçırılıb, maliyyə polisi siyasi rəqiblərin adı ilə bağlı olan bütün təşkilatlara qeyri-qanuni təzyiq göstərir, onlarla insan yalnız etiraz aksiyalarında iştirak etdiklərinə görə işlərindən qovulub", - partiyanın bəyanatında deyilir.
Baş şuranın üzvləri ABŞ səfirliyinin həm insan hüquqlarının pozulması, həm də insanların siyasi əlamətləri üzrə izlənməsi ilə bağlı faktların obyektiv tədqiqatı ilə də maraqlanacağına ümid etdiyini bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]