...

Azərbaycan XİN Türkiyə XİN-ə "Dyuden" gəmisində olan azərbaycanlılara yardım göstərilməsi üçün müraciət edib

Siyasət Materials 5 Avqust 2009 14:15 (UTC +04:00)
Azərbayan XİN Türkiyə XİN-ə silahlı dəniz quldurlarının hücmuna məruz qalan Türkiyənin “Dyuden” gəmisində olan Azərbaycan vətəndaşlarına Nigeriyada olan səfirliyi vasitəsilə yardım edilməsi xahişi ilə müraciət edib.
Azərbaycan XİN Türkiyə XİN-ə "Dyuden" gəmisində olan azərbaycanlılara yardım göstərilməsi üçün müraciət edib

Azərbaycan, Bakı, 05 avqust / Trend , müxbir C.Babayeva /

Azərbayan XİN Türkiyə XİN-ə silahlı dəniz quldurlarının hücmuna məruz qalan Türkiyənin "Dyuden" gəmisində olan Azərbaycan vətəndaşlarına Nigeriyada olan səfirliyi vasitəsilə yardım edilməsi xahişi ilə müraciət edib.

"Azərbaycanın Nigeriyada səfirliyi olmadığı üçün nazirlik Türkiyə XİN-ə silahlı dəniz quldurlarının hücumuna məruz qalan Türkiyənin "Dyuden" gəmisində olan Azərbaycan vətəndaşlarına yardım göstərilməsi üçün müraciət edib", - Trend -a çərşənbə günü XİN-in mətbuat xidmətindən bildirilib.

"Dyuden" gəmisi Tailanddan düyü apardığı Xarkourt limanı istiqamətində hərəkət edərkən silahlı dəniz quldurlarının hücumlarına məruz qalıb. Hücum nəticəsində gəminin aşpazı və ekipajın bir üzvü Nigeriya vətəndaşı yaralanıb. Lakin gəmi komandası dəniz quldurlarından qaça bilib.

Gəmidə dörd Azərbaycan vətəndaşı -  İlqar Mirzəyev, İlham Dadaşov, Tural Abilov və Tahir Əhmədov olub, bu barədə Trend -a Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının başçısının müavini Namiq Ağamaliyev bildirib.

"Dyuden gəmisində olan Azərbaycanlı vətəndaşları arasında xəsarət alan yoxdur", - Ağamaliyev bildirib.

Xəbər lenti

Xəbər lenti