...

NATO-nun baş katibi Əfqanıstan Prezidenti və prezidentliyə üç namizədlə görüşəcək

Siyasət Materials 5 Avqust 2009 18:55 (UTC +04:00)

"NATO-nun yeni baş katibi Anders Foq Rasmussen avqustun 20-də keçiriləcək prezident və əyalət seçkilərindən əvvəl ölkədəki durumla tanış olmaq üçün çərşənbə günü Kabula gəlib", - Əfqanıstanda təhlükəsizliyə beynəlxalq yardım qüvvələri (ISAF) xəbər verib. Məlumatı RİA Novosti yayıb.

Avqustun 1-dən yeni vəzifəni tutmuş Danimarkanın sabiq Baş naziri, NATO və İSAF-ın bir sıra hərbi hissə və bölmələrinə baş çəkəcək, həmçinin əfqan rəhbərliyi ilə tanış olacaq. Xüsusilə Rasmussen Prezident Kərzayi və qarşıdakı seçkilərdə prezident postuna üç əsas namizədlə görüşəcək.

Namizədlərin adları açıqlanmır. Ancaq məlumdur ki, Kərzayi ilə mübarizə aparacaq əsas şəxslər Əfqanıstanın sabiq xarivi işlər naziri Abdulla Abdulla və sabiq maliyyə naziri Əşrəf Qəni Əhmədzaydır.

NATO-nun mətbuat xidmətinin nümayəndəsi öz növbəsində xəbər verib ki, bununla yanaşı, Rasmussen İSAF-ın komandanı, amerikalı general Stenli Makkristal, NATO-nun mülki nümayəndəsi və BMT-nin xüsusi nümayəndəsi ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti