...

Dünyada A/H1N1 qurbanlarının sayı 1,265 nəfərə çatıb - Rusiya İstehlaka Nəzarət İdarəsi

Siyasət Materials 5 Avqust 2009 20:38 (UTC +04:00)
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiyasını iyunda elan etdiyi A/H1N1 virusundan ("donuz qripi") ölüm hallarının sayı 1,265 nəfərə çatıb.
Dünyada A/H1N1 qurbanlarının sayı 1,265 nəfərə çatıb - Rusiya İstehlaka Nəzarət İdarəsi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiyasını iyunda elan etdiyi A/H1N1 virusundan ("donuz qripi") ölüm hallarının sayı 1,265 nəfərə çatıb. Bu barədə Rusiya İstehlaka Nəzarət Xidmətinin (Rospotrebnadzor) mətbuat xidməti xəbər verib. Məlumatı RİA Novosti yayıb.

Qurumun rəsmi saytında verilən məlumata görə, ÜST-nin regional bürolarının məlumatlarını nəzərə alaraq, dünyada avqustun 4-nə, laborator şəraitdə virusa yoluxması təsdiqlənən insanların sayı 188,139 min nəfərdir.

Rusiyada da yeni qripə yoluxanların sayı artır. Avqustun 3-nə olan məlumata görə, 55 rusiyalı xəstələnib, ancaq bu ölkədə virusdan ölüm halı qeydə alınmayıb. Ölkə xaricində istirahət və ya təhsil almaqdan qayıdan rusiyalılar virusun daşıyıclarına çevrilir.

"RİNİ-nin məlumatına görə, avqustun 3-də Domodedovo və Şeremetyevo-2 hava limanlarında sanitar-karantin nəzarətinin aparılması zamanı virus daşıyıcısı əlamətləri olan dörd nəfər müəyyən edilib. Qurumun xəbərinə görə, onlar Madrid, Praqa və Frankfurtdan qayıdıblar. Xəstələr hospitallaşdırılıb, laborator müayinələr aparılır", - press-relizdə bildirilir.

Bu il aprelin 30-dan etibarən virusa yoluxma əlamətləri ilə 435 nəfər müəyyən edilib, onların hamısı tibbi yardım alıb və laborator şəraitdə müayinə ediliblər.

Xəbər lenti

Xəbər lenti