...

Türkiyə hakimiyyətinin kürdyönlü partiya lideri ilə görüşü ölkədəki kürd problemini həll edə bilməyəcək - Con Hopkins Universitetinin eksperti

Siyasət Materials 6 Avqust 2009 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir R. Hafizoğlu /

ABŞ-dakı Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Tədqiqat İnstitutunun direktoru hesab edir ki, Türkiyə hakimiyyətinin kürdyönlü partiya lideri ilə görüşü ölkədəki kürd problemini həll edə bilməyəcək.

"Bir görüş ilə ölkədə mövcud olan kürd probleminin həll edilməsi qeyri-mümkündür", - deyə  institutun direktoru Svante Kornell çərşənbə axşamı İsveçdən telefonla Trend -a bildirib.

Trend -un arayışı: Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyədəki  kürd mənşəli Demokratik Toplum Partiyasının (DTP) lideri Ahmet Türk ilə görüşüb. Baş nazir bu görüşün müsbət keçdiyini və tez bir zamanda  ölkədə mövcud olan kürd probleminin həllininin tezləşəcəyini bildirib. DTP lideri Türk də bu görüşün iki tərəf arasında dialoqun yaranması üçün başlanğıc olduğunu bildirib. Türkiyə ana müxalifətinin  lideri Dəniz  Baykal isə bu görüşü hakimiyyətin terroru dəstəkləyənlərlə görüşü kimi dəyərləndirib. Baykal hakimiyyətdən kürd məsələsində öz fikrini açıq şəkildə bəyan etməsini tələb edib.

Kornellin fikrincə, ölkədə  mövcud olan  kürd probleminin həlli üçün Türkiyədəki Demokratik Toplum Partiyası da öz növbəsində siyasətində dəyişiklik etməlidir. Kornell hesab edir ki, Baş nazir Ərdoğan ilə DTP lideri Türkün görüşünü türk-kürd dialoqunun başlanması kimi qiymətləndirmək doğru deyil, çünki siyasi baxımdan bu dialoq bundan əvvəl də mövcud olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti