...

Gürcüstanda müharibənin ildönümü: nəticə mənfidir - Trend News-un icmalçısı

Siyasət Materials 7 Avqust 2009 10:46 (UTC +04:00)
Rusiya-Gürcüstan müharibəsinin ildönümünə bir həftə qalmış regionda - Cənubi Osetiya sərhədində yeni gərginlik yarandı.
Gürcüstanda müharibənin ildönümü: nəticə mənfidir - Trend News-un icmalçısı

Elmira Tarıverdiyeva, Trend -un Avropa redaksiyasının icmalçısı

Rusiya-Gürcüstan müharibəsinin ildönümünə bir həftə qalmış regionda - Cənubi Osetiya sərhədində yeni gərginlik yarandı.

"Təmiz sahə" əməliyyatının başlamasından ötən bir il, məlum olduğu kimi, münaqişə tərəflərinə heç nə öyrətmədi. Geriyə baxsaq, aydın olar ki, Rusiya hərbi qüvvələrinin müdaxiləsi ilə Gürcüstan və Cənubi Osetiya arasında beşgünlük müharibə münaqişə tərəflərinin heç birinə fayda vermədi.

Beşgünlük müharibə Rusiya-Qərb münasibətlərinin mürəkkəbləşməsi, Gürcüstanda siyasi böhranın dərinləşməsi, regionda iqtisadi vəziyyətin pisləşməsi, Sxinvalidə və Gürcüstanda minlərlə dinc sakinin həyatını itirməsi ilə nəticələndi.

Müharibənin başlaması təkcə Gürcüstanda daxili ərazi iddialarına deyil, həmçinin Rusiyanın iki gürcü regionu ilə "xüsusi" münasibətlər qurmaq cəhdlərinə "xidmət etdi".

Hərbi konflikt üçün "bikford məftili" hətta ölkənin dağılmasının qarşısını almaq üçün sərt tədbirlərə Qərbin sözsüz dəstəyinin olacağına Gürcüstan tərəfində əminlik yaratdı.

2008-ci il iyulun əvvəlində ABŞ-ın dövlət katibi Kondoliza Rays Tbilisiyə səfər etdi. Gürcüstanın keçmiş müdafiə naziri Qiya Karkaraşvili belə bir qənaətə gəldi ki, məhz "Rays Gürcüstan hökumətinin nümayəndələrini Rusiyanın Gürcüstana soxulmağa cəsarət etmədiyinə inandırıb".

Sonra "France Press" nəşrinə müsahibəsində Rays özü təsdiq etdi ki, Prezident Saakaşvilinin qərarı Corc Buş Adminstrasiyası üçün "gözlənilməz olmadı".

Hətta Qərb də "Təmiz sahə" əməliyyatına Rusiyanın necə reaksiya verəcəyini gözləmirdi. "Qeyri-proporsional güc tətbiqi" adlandırılan bu reaksiyanın nəticəsində, 2008-ci ilin avqustunda Aİ, NATO və ABŞ-ın Rusiya hərbçilərinin müdaxiləsini tənqid etmələri ilə Rusiya və Qərb arasında münasibətlər birdən birə soyudu.

Bir il keçəndən sonra ehtiraslar səngidi. Qərb indi Rusiyaya Əfqanıstanda antiterror əməliyyatları üzrə tərəfdaş kimi baxır. Və artıq NATO-nun yeni baş katibi Anders Foq Rasmussen alyansı Rusiya ilə "strateji əməkdaşlığa" çağırıb. Bununla yanaşı, heç şübhəsiz ki, Moskvadan Ukrayna və Gürcüstanın suverenliyinə hörmət etməyi tələb edib.

The Guardian-ın yazdığı kimi, NATO-nun yeni baş katibi alyansı Rusiya ilə "strateji əməkdaşlığa"0 təxminən bir il sonra - Gürcüstandakı müharibə Moskva ilə Qərb arasındakı münasibətləri son 20 il ərzində güclü soyudandan sonra çağırıb.

İndi Rusiyanın həm Aİ, həm də ABŞ-la münasibətlərinin bərpa olunmasına baxmayaraq, Moskva avqust hadisələrindən sonra xeyli "xal itirib", güclü regional oyunçu imicinə xələl yetirib. Postsovet məkanında Gürcüstan təcrübəsini yadda saxlayan heç bir ölkə Kremlə inanmır və inanmayacaq.

Rusiya soyuq müharibədən sonra ilk dəfə Qafqaz regionunda ciddi qüvvə olduğunu açıq-aydın bəyan edib. Lakin Qərb üçün gözlənilməz olan bu hadisələr Rusiya etibarlı olmasına inanmağa imkan verməyəcək. Rusiya ilə hazırkı barışığın Qərbi avqust münaqişəsində Rusiya qoşunlarının Gürcüstan ərazisinə müdaxiləsini unutmağa vadar edəcəyini düşünmək ən azı sadəlövlük olardı.

Gürcüstan rəhbərliyi üçün də 2008-ci ilin avqustundan sonrakı vəziyyəti yüngül adlandırmaq olmaz. 2008-ci ilin avqustu ölkə daxilində coşqun siyasi proseslərdə katalizator rolunu oynadı.

Dərhal bir neçə güclü müxalifət partiyası prezidentin hərəkətinə qarşı çıxaraq Gürcüstan ərazisinin itirilməsi üzrə məsuliyyəti onun boynuna atdı. 2009-cu ilin aprel ayının 9-dan etibarən Prezident Saakaşvilini istefaya çağıran müxalifətin misli görünməmiş aksiyası iki ay boyunca davam etdi.

Tbilisi üçün digər ağır an isə hərbi əməliyyatların və ölkə daxilindəki siyasi vəziyyətin Gürcüstanın Alyansa daxil olmaq istəyinin bir neçə illik ləngitməsi oldu.

NATO sadəcə olaraq bu qədər uzun sürən ərazi mübahisələrində iştirak edən ölkənin öz sıralarına qəbul olunmasına icazə verə bilməz. Nə ABŞ, nə də Avropa bu kimi öhdəliyi öz üzərinə götürməyə hazır deyil.

Nəticədə Rusiya-Gürcüstan müharibəsi bir neçə "siyasi xəyalın" - okeanın o başındakı dövlətin Qafqaz xalqının hakimiyyətini şərtsiz dəstəkləməsi və müdafiəsi, Qərbin Kremlin və Rusiyanın Qafqaz regionunda təyinedici oyunçu olması istəklərini nəzərə almamaq istəyinin puça çıxması oldu.

Müharibənin ildönümünə münaqişənin bütün tərəfləri özlərinin aşkar itkiləri ilə çıxdı. Otto Bismarkın dediyi kimi, "vay o dövlət xadiminin halına ki, müharibədən sonra da əhəmiyyətini saxlaya bilən səbəb tapmağa çalışmır".

Xəbər lenti

Xəbər lenti