Türkmənistan, Aşqabad, 8 avqust / Trend , müxbir H. Həsənov/
Türkmənistan Prezidenti Qurbanqulı Berdımuhəmmədov əhalinin sağlamlığının mühafizəsi üzrə ayrıca fəaliyyət növününün lisenziyalaşdırılması haqqında qanunun təsdiq olunması barədə qərar imzalayıb.
Hökumətin mətbuat xidmətindən məlumat verildiyi kimi, Türkmənistan Məclisinin (parlament) sədri Ağca Nurberdıyeva bir gün əvvəl Nazirlər Kabinetinin iclasında xalq parlamentinin ölkədə islahatların genişləndirilməsi və dəyişiklik proqramının uğurlu reallaşdırılmasının şərti kimi qanunvcericilik bazasının gələcək təkmilləşdiriməsi üzrə fəaliyyəti barədə məlumat verib.
Bu sənəd Türkmənistanın "Fəaliyyətin xüsusi növlərinin lisenziyalaşdırılması haqqında" qanununa uyğun olaraq və ölkə prezidnetinin 27 fevral 2009-cu ildə imzaladığı "Türkmənistanda lisenziyalaşdırmanın təşkili məsələləri haqqında" fərmanının icrası məqsədilə imzalanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]