...

Azərbaycanın paytaxtında terror barədə verilən daha bir məlumat təsdiqini tapmayıb

Siyasət Materials 10 Avqust 2009 13:54 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend News-a verilən məlumata görə, avqustun 9-da saat 15.15 radələrində naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin "112 zəng" xidmətinə zəng vuraraq 41-ci məhəlləyə bomba qoyması barədə məlumat verib.
Azərbaycanın paytaxtında terror barədə verilən daha bir məlumat təsdiqini tapmayıb

Azərbaycan, Bakı, 10 avqust / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycanın paytaxtında terror barədə verilən daha bir məlumat təsdiqini tapmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, avqustun 9-da saat 15.15 radələrində naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin "112 zəng" xidmətinə zəng vuraraq 41-ci məhəlləyə bomba qoyması barədə məlumat verib.

Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürüldükdən sonra müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb. Keçirilmiş tədbirlər nəticəsində yalan məlumat vermiş Bakı şəhər sakini Elnur Eynullayev saxlanılıb, izahatı alındıqdan sonra buraxılıb.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti