İraq hökuməti İrana onların yalnız turist olduğunu bildirərək ölkədə həbs olunmuş üç ABŞ vətəndaşını azad etmək xahişi ilə müraciət edib. Bu barədə İraqın xarici işlər naziri deyib. Məlumatı Press TV agentliyi yayıb.
"Onlar ölkəyə ərazi barədə məlumatları olmadan daxil olublar", - bazar ertəsi Huşyar Zəbari deyib. - Bu hadisə, eləcə də onların xəritəsiz necə azdıqları öyrənilir. Güman edirik ki, onların hərəkətlərində şübhəli heç nə olmayıb".
27 yaşlı Şeyn Bauer, 30 yaşlı Sara Şurd və 27 yaşlı Coşua Fettal iyulun 31-də İran sərhədini keçdiklərinə görə dağlarda Kürdüstan əyalətində tutublar.
Ağ Ev bazar günü Tehrandan üç gəncin İran türməsində olduğu barədə rəsmi təsdiqnamə aldıqlarını bildirib.
"İraq İrana üç ABŞ vətəndaşını azad etmək xahişi ilə müraciət edib, - Zəbari deyib. - Çünki onlar İraqa turist kimi gəliblər". O bildirib ki, keçən həftə görüş zamanı İranın İraqdakı səfiri Həsən Kazımi-Qomidən bu barədə xahiş edib.
Bununla belə, Kürd Təhlükəsizlik xidmətindən bildirilib ki, polis qrupa sərhədi keçməmək barədə xəbərdarlıq edib. "Rayonun turizm polisi onlardan İran sərhədinə yaxın olduğuna görə dağlara qalxmamağı xahiş edib", - Kürdüstanın təhlükəsizlik orqanlarının nümayəndəsi Bəhro Əhməd deyib və bildirib ki, onlar xəbərdarlığa baxmayaraq sərhədə gediblər.
Bundan başqa, İran Parlamentinin Təhlükəsizlik komissiyasının üzvü Məhəmməd Kərim Abədi deyib ki, üç amerikalı "qəti şəkildə" casus olublar.