Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir E.Tarıverdiyeva /
Baxmayaraq ki, ABŞ Prezidenti Barak Obama hələlik Metyu Brayzanı Azərbaycandakı səfir vəzifəsinə təyin etməyib, ancaq güman etmək olar ki, onun namizədliyi yaxın zamanlarda təklif olunacaq. Erməni siyasətçi Riçard Qiraqosyan belə hesab edir. "Azərbaycan üçün Brayzanın mümkün təyinatı bir neçə səbəbdən vacibdir", - ekspert hesab edir.
"Bu təyinat ABŞ üçün Azərbaycanın yalnız strateji əhəmiyyətini ifadə etmir, həm də Bakı ilə Moskva arasında münasibətlərin bu yaxınlardakı istiləşməsi ilə əlaqədardır, - elektron poçtla Qiraqosyan deyib. - Brayza - Bakıda bu çətin vəzifəni tutacaq böyük təcrübəli məşhur diplomat Vaşinqtonun şansıdır".
Ekspertin sözlərinə görə, 2009-cu ilin iyununda ABŞ jurnalında dərc olunmuş bu məlumat maraq oyatdı və Brayzanın regionda gələcəyi barədə qızğın diskussiyalara yol açdı.
İyunun əvvəlində "Foreign Policy" jurnali məlumat vermişdi ki, ABŞ Konqresində Brayzanın Azərbaycana səfir təyin olunmasının mümkünlüyü barədə qeyri-rəsmi məsləhətləşmələr aparılır.
"Azərbaycana səfir təyin olunmağım məsələsi hələ ki, həll olunmayıb", - avqustun 10-da Tbilisidəki birifinqdə Brayza jurnalistlərə demişdi.
O həm də əlavə edib ki, Qafqazda fəaliyyətini davam etdirməkdən məmnun olardı, lakin bu məsələni onun rəhbərləri həll edirlər.
Tezliklə onun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Mİnsk qrupunun həmsədri kimi səlahiyyəti başa çatır.
Qiraqosyanın sözlərinə görə, yaxın zamanlarda eyni vəzifədə çıxış edəcəyini bildirən Brayza bu yaxınlarda regiona ATƏT-in Mİnsk qrupunun həmsədri kimi "vida" görüşləri ilə səfər edib.
Qiraqosyanın fikrincə, ABŞ-ın Azərbaycandakı yeni səfirini tezliklə təyin etmək lazımdır.
"İndi regional hadisələr baxımından və Dağlıq Qarabağ problemində vasitəçi kimi ATƏT-in Minsk qrupunun diplomatik səyləri aləmində çox şeylər baş verir ki, bu da səfir vəzifəsinin uzun müddət boş qalmasına səbəb ola bilər, xüsusilə də ona görə ki, ABŞ-ın əvvəlki səfiri Enn Dersi ölkəni iyulun əvvəlində tərk edib", - Qiraqosyan deyib.
"Lakin qeyd etmək lazımdır ki, Brayzanın təyinatı normal rotasiya addımıdır və ABŞ diplomatiyasının mühafizəkar prosseslərindən irəli gəlir", - politoloq belə hesab edir.
"Brayzanın bu vəzifəyə real namizəd olması onun məlumatlılığının, əlaqələrinin və regionu yaxşı tanımasının göstəricisidir", - Qriqosyan bildirib.
Materialın hazırlanmasında Y. Ostapenko iştirak edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]