...

ABŞ Qırğızıstanda yeni hərbi baza yaradılmasının nə lehinə, nə də əleyhinədir - Pentaqonun nümayəndəsi

Siyasət Materials 13 Avqust 2009 11:30 (UTC +04:00)

ABŞ Mərkəzi Asiyada daimi bazalara malik olmaq niyyətində deyil, ABŞ müdafiə nazirinin köməkçisi Aleksandr Verşbou bəyan edib, CA-NEWS "İnterfaks"a istinadən bildirir.

"Biz uçuşları davam etdirə bilməyimizdən razıyıq, Manas tranzit mərkəzindən istifadə edərək uçuşlarımızla Əfqanıstandakı qoşunlarımızı və vətəndaşlarımızı dəstəkləyirik", - Verşbou avqustun 12-də agentliyə müsahibəsində bildirib.

Rusiyanın Qırğızıstanda hərbi baza yerləşdirməsi niyyətləri haqqında suala cavab verərkən o bildirib: " Bu Rusiya və Qırğızıstan arasındakı münasibətlərdə normal bir haldır. Bizim xüsusi mövqeyimiz yoxdur, biz bunun nə lehinə, nə də əleyhinəyik".

"Manasda daimi bazalara malik olmaq niyyətində deyilik, lakin Manas və Rusiya ərazisindən keçən tranzit yol da daxil olmaqla, digər yollar Prezident Medvedyevin "ümumi işimiz" adlandırdığı işə vacib yatırımdır", - Verşbou bildirib.

Xəbər lenti

Xəbər lenti