...

Azərbaycanın iqtidar partiyası qarşıdakı bələdiyyə seçkilərində rəqib görmür

Siyasət Materials 17 Avqust 2009 17:41 (UTC +04:00)
"Yeni Azərbaycan Partiyası qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşır. YAP bələdiyyə seçkilərində iştirak etmək istəyən partiyaları özünə təhlükə yarada biləcək rəqib hesab etmir. Çünki YAP üzvlərinin sayı artıq yarım milyona çatıb. Ölkədə fəaliyyət göstərən digər partiyaların üzvlərinin isə sayını bir yerə toplasaq, onlar YAP üzvlərinin sayının hansısa bir faizini təşkil edə bilər", - bazar ertəsi YAP sədrinin müavini, icraçı katib Əli Əhmədov partiyanın rəsmi saytına deyib.
Azərbaycanın iqtidar partiyası qarşıdakı bələdiyyə seçkilərində rəqib görmür

Azərbaycan, Bakı, 17 avqust / Trend , müxbir C.Babayeva /

Hakim Yeni Azərbaycan Partiyası (YAP) qarşıdakı bələdiyyə seçkilərində rəqib görmür.

"Yeni Azərbaycan Partiyası qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşır. YAP bələdiyyə seçkilərində iştirak etmək istəyən partiyaları özünə təhlükə yarada biləcək rəqib hesab etmir. Çünki YAP üzvlərinin sayı artıq yarım milyona çatıb. Ölkədə fəaliyyət göstərən digər partiyaların üzvlərinin isə sayını bir yerə toplasaq, onlar YAP üzvlərinin sayının hansısa bir faizini təşkil edə bilər", - bazar ertəsi YAP sədrinin müavini, icraçı katib Əli Əhmədov partiyanın rəsmi saytına deyib.

Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi bu ilin dekabrına nəzərdə tutulub.

YAP sədrinin müavini qeyd edib ki, hakim partiyanın digər partiyalarla ictimai nüfuz və proseslərə təsiri baxımından da müqayisəolunmaz fərqləri var. Bununla belə, Əhmədov bildirib ki, YAP seçki kampaniyasının opponentlərlə rəqabət şəraitində keçməsini istəyir. Onun sözlərinə görə, seçkilərdə iştirak hər bir partiyanın başlıca fəaliyyət istiqamətidir. "Əgər hansısa partiya seçkilərdən kənarda qalırsa, özünün mövcudluğunu sual altında qoyur", - Əhmədov deyib.

"Eyni zamanda, bələdiyyə seçkilərində iştirak siyasi partiyaların ictimaiyyət tərəfindən nə dərəcədə dəstəklənməsini təsdiqləyən amildir. Həmçinin bu seçki partiyaların ölkənin bölgələrində də hansı imkanlara və dəstəyə malik olduğunu nümayiş etdirir. Əgər partiyalar seçkilərdə iştirak etməsə, deməli onların ictimai dayağı mövcud deyil. Hesab edirəm ki, özünə hörmət edən siyasi partiyalar bələdiyyə seçkilərində iştirak etmək haqqında düzgün qərar qəbul edəcəklər", - deyə YAP sədrinin müavini vurğulayıb.

Yeni Azərbaycan Partiyası 1992-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən, onun Naxçıvan Milli Məclisinin sədri olduğu vaxtda yaradılıb. Hazırda 16 ildir iqtidarda olan partiyaya Prezident İlham Əliyev başçılıq edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti