...

Türkiyənin "Buket" gəmisinin işi üzrə proses bazar ertəsi keçiriləcək

Siyasət Materials 21 Avqust 2009 18:13 (UTC +04:00)
Gələn həftənin əvvəlində Qaqra Şəhər Məhkəməsi "Buket" gəmisinin kapitanı və dördü Azərbaycan vətəndaşı olmaqla gəmi ekipajının işinə baxacaq. Bu barədə Trend News-a Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Şövqi Mehdizadə məlumat verib.
Türkiyənin "Buket" gəmisinin işi üzrə proses bazar ertəsi keçiriləcək

Gürcüstan, Tbilisi, 21 avqust / Trend , müxbir N.Kirsxaliya /

Gələn həftənin əvvəlində Qaqra Şəhər Məhkəməsi "Buket" gəmisinin kapitanı və dördü Azərbaycan vətəndaşı olmaqla gəmi ekipajının işinə baxacaq. Bu barədə Trend -a Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Şövqi Mehdizadə məlumat verib.

"Ekipajın işinə həbs edilən və üç ildən yeddi ilədək cəza alması gözlənilən kapitanın işi ilə kompleks halda baxılacaq", - o bildirib.

Mehdizadə deyib ki, ekipaj hələ ki, gəmidədir və Azərbaycan vətəndaşları Tariyel Nəsirov (1968-ci il təvəllüdlü), Əsgər Əsgərov (1977), Vüsal Həmzəyev (1985) və Əkrəm Zamanov (1981) özlərini yaxşı hiss edirlər. Onlara böyük ehtimalla cərimə kəsiləcək.

"Dənizçilərin heç bir şikayəti yoxdur, biz onlarla mütəmadi şəkildə əlaqə saxlayırıq", - Mehdizadə bildirib.

Trend -a Qaqra məhkəməsindən bildirilib ki, "Buket" gəmisi ilə bağlı iş üzrə proses bazar ertəsi keçiriləcək.

Gürcüstan dəniz sərhədçiləri bazar ertəsi Türkiyədən Abxaziyaya gedən "Buket" tankerini saxlayıb. Gəmi ekipajı 17 nəfərdən ibarətdir. Onlardan 13-ü Türkiyə, dördü Azərbaycan vətəndaşıdır.

Tankerin kapitanına "Gürcüstan dövlət sərhədinin dəfələrlə pozulması və işğal olunmuş ərazidə gəmiçilik qaydalarının pozulması faktları üzrə" ittiham irəli sürülüb. Gürcüstan DİN-in məlumatına görə, gəmi kontrabanda yolu ilə 2 min ton benzin və 700 ton dizel yanacağı nəql edirmiş.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti