...

BMT Baş Katibliyinin xüsusi nümayəndəsi Qazaxıstana səfər edəcək

Siyasət Materials 24 Avqust 2009 18:20 (UTC +04:00)

Qazaxıstan, Astana, 24 avqust / Trend , müxbir K.Konırova /

BMT Baş Katibliyinin xüsusi nümayəndəsi, BMT-nin Mərkəzi Asiya üçün Preventiv Diplomatiya Regional Mərkəzinin rəhbəri Miroslav Yença avqustun 27-28-də Qazaxıstana səfər edəcək. Bu barədə Qazaxıstan XİN-dəki brifinqdə nazirliyin rəsmi nümayəndəsi Yerjan Aşikbayev deyib.

Ölkə rəhbərliyi ilə görüşdə su-enerji problemləri, terrorizm və ekstermizmə qarşı mübarizə, Mərkəzi Asiyada vəziyyətin inkişafı, Qazaxıstanın ATƏT-ə sədrliyi, eləcə də Qazaxıstanla BMT-nin regional mərkəzi arasında regional təhlükəsizliyin aktual problemləri üzrə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti