Azərbaycan, Bakı, 24 avqust / Trend , müxbir C.Babayeva /
Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi dekabrın ortalarına gözlənilir. Bu barədə bazar ertəsi jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.
"Seçkilərin keçirilməsinin dəqiq tarixi sentyabrın sonunda MSK-nın iclasında müəyyənləşəcək", - Pənahov deyib.
Pənahov həmçinin bildirib ki, səlahiyyətləri tamamlanmayan bələdiyyələr MSK-ya qarşıdakı seçkilərdə iştirak etmək xahişi ilə müraciət ediblər. "Bu, MSK üçün qeyri-adi hadisədir", - o deyib.
"MSK bu müraciətləri araşdırır və əgər onlar qanun tələblərinə zidd olmasalar, bu bələdiyyələr də seçki prosesinə daxil olacaqlar", - Pənahov deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]