...

Türkiyə Prezidentinin Azərbaycana səfəri gözlənilir

Siyasət Materials 31 Avqust 2009 13:59 (UTC +04:00)
Türkiyə Prezidentinin Azərbaycana səfəri gözlənilir

Azərbaycan, Bakı, 31 avqust / Trend , müxbir R.Hafizoğlu /

Türkiyə Prezidenti Abdullah Gül türkdilli dövlətlərin başçılarının sammitində iştirak etmək üçün Azərbaycana səfər etməyi planlaşdırır, bu barədə bazar ertəsi Trend -a Ankaradan telefonla Türkiyə Prezidentinin məsləhətçisi Hüseyn Avni Karslıoğlu bildirib.

Türkdilli dövlətlərin başçıları ilk dəfə 1992-ci ildə bütün türkdilli xalqların birləşməsi və vahid türk geosiyasi məkanının yaradılması məqsədilə Türkiyənin təşəbbüsü ilə toplanıblar.

Əsas arqumentlər arasında böyük regionda məskunlaşan xalqların mədəni və dil birliyi durur. Dünyada türk etnoslarının əsas rol oynadığı altı ölkə mövcuddur: Türkiyə, Azərbaycan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan və Özbəkistan.

Xəbər lenti

Xəbər lenti