...

Gürcüstanın baş nazirinin birinci müavini Çernoqoriyaya işgüzar səfər edib

Siyasət Materials 2 Sentyabr 2009 17:25 (UTC +04:00)
Gürcüstanın Baş nazirinin birinci müavini Georgi Baramidze bu gün Çernoqoriyaya işgüzar səfər edib.
Gürcüstanın baş nazirinin birinci müavini Çernoqoriyaya işgüzar səfər edib

Gürcüstan, Tbilisi, 02 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstanın Baş nazirinin birinci müavini Georgi Baramidze bu gün Çernoqoriyaya işgüzar səfər edib.

Aparatdan verilən məlumata görə, Baramidze Çernoqoriyanın Baş naziri, onun Avropaya inteqrasiya məsələləri üzrə birinci müavini, müdafiə və xarici işlər nazirləri ilə görüşlər keçirəcək.

Bu, Gürcüstan və Çernoqoriyanın tarixində bu qəbildən olan ilk səfərdir.

Görüşlərdə ikitərəfli əlaqələrin təşkil edilməsi, Gürcüstanın NATO-ya inteqrasiyası, gürcü-osetin münaqişəsinin nəticələri məsələlərinə baxılacaq. Həmçinin ölkənin işğaldan azad edilməsi məqsədi ilə Gürcüstan hakimiyyətinin və beynəlxalq cəmiyyətin rəhbərliyinin gücləndirilməsi ilə bağlı məsələlərə, həm də investisiyanın cəlb edilməsi perspektivinə baxılacaq. Çernoqoriya cari ilin sonunadək NATO-MAP-a daxil olmaq barədə fəaliyyət planı ala bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti