...

Gürcüstan Parlamentinin vitse-spikeri Macarıstanda görüşlər keçirib

Siyasət Materials 4 Sentyabr 2009 18:23 (UTC +04:00)
Macarıstana qeyri-rəsmi səfər edən Gürcüstan Parlamentinin vtise-spikeri Georgi Sereteli Gürcüstanın daxili siyasi vəziyyəti ilə bağlı bir sıra görüşlər keçirib.
Gürcüstan Parlamentinin vitse-spikeri Macarıstanda görüşlər keçirib

Gürcüstan, Tbilisi, 04 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Macarıstana qeyri-rəsmi səfər edən Gürcüstan Parlamentinin vtise-spikeri Georgi Sereteli Gürcüstanın daxili siyasi vəziyyəti ilə bağlı bir sıra görüşlər keçirib.

Sereteli Avropa Şurası Monitorinq Komitəsinin məruzəçisi Matias Yorş, Macarıstan Parlamentinin macar-gürcü dostluq qrupunun üzvləri Yanoş Xorvat və Kornel Almaşi ilə görüşüb.

Gürcüstan Parlamentinin mətbuat xitmətindən verilən məlumata görə, görüşün gedişatında Sereteli macar tərəfinə ölkədə baş verən siyasi hadisələr, Konstitusiya və Seçki Məcəlləsinə dəyişikliklər barədə məlumat verib və Gürcüstanın xarici siyasətinin əsas istiqamətlərinə dair məsələyə də toxunub.

Sereteli ABŞ-ın vitse prezidenti Cozef Baydenin Gürcüstana səfəri ilə bağlı ətraflı danışıb. O, həmçinin Avropa Şurasında Gürcüstanı dəstəklədiyinə görə macar parlamentarilərinə təşəkkürünü bildirib və qeyd edib ki, Macarıstan nümayəndə heyətinin dörd üzvünün AŞ-nin yay sessiyasında imzaladığı FIDZS ciddi siyasi dəstəyin əsas göstəricisidir.

Yorşun sözlərinə görə, AŞPA-nın payız sessiyasında bu məsələ yenə qaldırılacaq və macar parlamentariləri Gürcüstanı dəstəkləməkdə davam edəcək.

Görüşlərdə gürcü-macar ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub və "Şərq tərəfdaşlığı" çərçivəsində Avropa Şurasına yaxınlaşmaqda macar təcrübəsindən istifadənin vacibliyi və Gürcüstan səfirliyinin təşəbbüsü ilə Macarıstanda yaranan Nabukko Klubunun əhəmiyyəti qeyd olunub.

Hənçinin Gürcüstan Parlamentinin sədri David Bakradzenin Macarıstana səfərinin mümmkünlüyü qeyd olunub və Macarıstanın maraq göstərdiyi hər iki ölkənin parlamentarilərinin qarşılıqlı səfərindən söhbət açılıb.

Gürcüstan Parlamentinin vitse-spikeri Sereteli Macarıstandakı gürcü diasporunun nümayəndələri ilə də görüşüb.

Məqalənin müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti