...

Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər müzakirəyə çıxarılacaq - vitse-prezident

Siyasət Materials 5 Sentyabr 2009 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Avropa Şurası (AŞ) qarşısında götürdüyü öhdəliklər bu qurumun Monitorinq Komitəsində müzakirəyə çıxarılacaq.

"Avropa Şurasının Monitorinq Komitəsinin sentyabrın 7-də keçiriləcək iclasında Azərbaycanın bu təşkilat qarşısında öhdəlikləri ilə bağlı məsələ də müzakirə olunacaq", - bu barədə şənbə günü Trend -a Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti, Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Trend -un arayışı: Azərbaycan Avropa Şurasına 2001-cildə üzv olarkən müəyyən öhdəliklər götürüb. Bu öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək üçün AŞ Monitorinq Komitəsi intensiv araşdırmalar aparır.

Seyidovun sözlərinə görə, bu məsələ gündəliyə salınsa da, Azərbaycanla bağlı ciddi qərarın qəbul edilməsi gözlənilmir. "Ona görə ki, Azərbaycan AŞ qarşısındakı öhdəliklərinin əksəriyyətini uğurla yerinə yetirib", - deyə Seyidov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti