Qazaxıstan, Astana, 08 sentyabr / Trend , müxbir K.Konırova /
Aktauda, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan prezidentlərinin qeyri-formal sammitində subregional əməkdaşlıq məsələləri müzakirə ediləcək. Trend -a Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov deyib.
"Biz - sərhədyanı dövlətlər və liderlərimiz qeyri-formal şəraitdə görüşəcəyik. Ümumi sərhədlərimiz var. Müzakirə edilməsi lazım olan bir çox ümumi məsələlər yığılıb", - Qəndilov deyib.
Onun sözlərinə görə, Aktaudakı sammitin gündəliyində sərhədyanı, subregioanl əməkdaşlıq məsələləri var.
"Enerji və nəqliyyat problemləri ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır", - diplomat deyib.
Səfirin fikrincə, qeyri-formal görüşün formatı dövlətlər arasında yaranmış istənilən məsələlərin müzakirəsini nəzərdə tutur.
Bir müddət əvvəl məlumat verildiyi kimi, cari ilin 11-13 sentyabrında Aktauda Qazaxıstan, Azərbaycan, Rusiya və Türkmənistan rəhbərlərinin qeyri-formal sammiti keçiriləcək.