...

Azərbaycanda uşaqlarla bağlı təhlükəsizlik aylığı başlayıb

Siyasət Materials 10 Sentyabr 2009 10:27 (UTC +04:00)
Azərbaycanda bu gündən "Diqqət, uşaqlar!" adı ilə hərəkətin təhlükəsizliyi aylığı başlayıb.
Azərbaycanda uşaqlarla bağlı təhlükəsizlik aylığı başlayıb

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir K.zərbalıyeva /

Azərbaycanda bu gündən "Diqqət, uşaqlar!" adı ilə hərəkətin təhlükəsizliyi aylığı başlayıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən cümə axşamı Trend -a verilən məlumata görə, yeni dərs ilinin başlanması ilə əlaqədar keçirilən təhlükəsizlik aylığı oktyabrın 10-dək davam edəcək.

Aylığın keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması ilə yanaşı, ictimiyyətin diqqətini bu problemə yönəltmək, hərəkət iştirakçıları arasında intizamın möhkəmləndirilməsi, habelə məktəblilərə təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsidir.

DİN rəhbərliyi aylıq ərzində bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməklə uşaq və gənclərə bu sahədə nümunə olmağa çağırır.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti