...

Azərbaycan Prezidenti rusiyalı həmkarını ad günü münasibətilə təbrik edib

Siyasət Materials 14 Sentyabr 2009 15:18 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi rusiyalı həmkarı Dmitri Medvedevi telefonla ad günü münasibətilə təbrik edib.
Azərbaycan Prezidenti rusiyalı həmkarını ad günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi rusiyalı həmkarı Dmitri Medvedevi telefonla ad günü münasibətilə təbrik edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı Dmitri Medvedevə prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Prezident Dmitri Medvedev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, iki ölkə prezidentləri arasında keçirilən mütəmadi görüşlərin münasibətlərin daha da möhkəmlənməsi baxımından əhəmiyyətini vurğulayıblar. Prezidentlər ölkələr arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti