Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi neft sənayesi işçilərinə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adının verilməsi haqqında sərəncam inlzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan neftçilərinin peşə bayramı və "Əsrin müqaviləsi"nin 15 illiyi ilə əlaqədar ölkənin neft sənayesinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı verilib.
Cəfərov Telman Muxtar oğlu
Əhmədov Tapdıq Əhməd oğlu
Əliyev Vaqif Vəli oğlu
İsmayılov Elman Abbas oğlu
Yusubov Namaz Puti oğlu