...

Gürcüstan Prezidenti Barak Obama ilə görüşəcək

Siyasət Materials 21 Sentyabr 2009 13:36 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili Nyu-Yorka səfəri çərçivəsində ABŞ Prezidenti Barak Obama ilə görüşəcək. Görüş qeyri-rəsmi xarakter daşıyacaq.
Gürcüstan Prezidenti Barak Obama ilə görüşəcək

Gürcüstan, Tbilisi, 21 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstan Prezidenti Mixail Saakaşvili Nyu-Yorka səfəri çərçivəsində ABŞ Prezidenti Barak Obama ilə görüşəcək. Görüş qeyri-rəsmi xarakter daşıyacaq.

Səfərin proqramına müvafiq olaraq, Saakaşvili və xanımı Sandra Elizabet Rulovs ABŞ Prezidenti tərəfindən rəsmi şama dəvət ediliblər.

Gürcüstanın birinci xanımı artıq bir həftədir ki, ABŞ-dadır və görüşlər keçirir. O, Corciya ştatında tibb dairələrinin xeyriyyə tədbirində iştirak edib və Gürcüstan-Amerika münasibətlərinin inkişafına verdiyi böyük töhvələrə görə "Büllur Simurq" alıb.

Atlantada keçirilən təqdimetmə mərasimində yerli komandada oynayan gürcü legioner basketbolçu Zaza Paçuliya da iştirak edib.

BMT Baş Assebleyasında iştirak etmək üçün bu gün ABŞ-a yola düşən Gürcüstan Prezidentini ilk rəsmi görüşü ABŞ-ın dövlət katibi Hillari Klintonla olacaq.

Gürcüstan nümayəndə heyətinin ABŞ-a səfəri sentyabrın 25-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti