...

Gürcüstan ABŞ tərəfinin Rusiya ilə münasibətlərdə güzəşt faktını təsdiq etmir

Siyasət Materials 24 Sentyabr 2009 19:52 (UTC +04:00)
Gürcüstanın nümayəndə heyətinin üzvləri ABŞ-ın Rusiya ilə əlaqələrdə güzəşt faktını təsdiq etmir. Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Nalbandovun jurnalistlərlə söhbətində dediyinə görə, ABŞ Rusiya ilə konkret məsələlər üzrə əməkdaşlığın vacibliyi barədə "siqnal göndərib".
Gürcüstan ABŞ tərəfinin Rusiya ilə münasibətlərdə güzəşt faktını təsdiq etmir

Gürcüstan, Tbilisi, 24 sentyabr / Trend Neüs, müxbir N.Kirsxaliya /

Gürcüstanın nümayəndə heyətinin üzvləri ABŞ-ın Rusiya ilə əlaqələrdə güzəşt faktını təsdiq etmir. Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Nalbandovun jurnalistlərlə söhbətində dediyinə görə, ABŞ Rusiya ilə konkret məsələlər üzrə əməkdaşlığın vacibliyi barədə "siqnal göndərib".

Nalbandov deyib ki, bu məsələlər nüvə sahəsində və digər istiqamətlərdə olan əməkdaşlıqlardır.

"Bu istiqamətdə ABŞ-ın mövqeyi aydındır, lakin başqa hansı güzəştlərdən söhbət gedir, bu bizə aydın deyil", - o qeyd edib.

ABŞ Prezidentinin öz çıxışlarında Gürcüstanı xatırlamaması Gürcüstanda bəzi spektizmlər yaradıb. Lakin Gürcüstan siyasətçiləri və ekspertləri bəyan edirlər ki, Obama Rusiyaya başa salır ki, onlar böyük millətlərin kiçik millətləri əsarəti altına almağa göz yummayacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti