...

Azərbaycanın müstəqilliyinin tanınmasında şəhidlərin böyük rolu olub - Türkiyə Parlamentinin sədri

Siyasət Materials 26 Sentyabr 2009 11:52 (UTC +04:00)
Azərbaycanın müstəqil dövlət kimi tanınmasında 20 yanvar hadisəsində şəhid olanların böyük rolu olub. Bu barədə şənbə günü Bakıda jurnalistlərə Türkiyə Böyük Millət Məclisinin başçısı Mehmet Əli Şahin Şəhidlər xiyabanını ziyarət etdikdən sonra bildirib.
Azərbaycanın müstəqilliyinin tanınmasında şəhidlərin böyük rolu olub - Türkiyə Parlamentinin sədri

Azərbaycan, Bakı, 26 sentyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında 20 yanvar hadisəsində şəhid olanların böyük rolu olub. Bu barədə şənbə günü Bakıda jurnalistlərə Türkiyə Böyük Millət Məclisinin başçısı Mehmet Əli Şahin Şəhidlər xiyabanını ziyarət etdikdən sonra bildirib.

Türkiyə Parlamentinin sədri Azərbaycanın müstəqillik əldə etməsində onu 1918-ci ildə erməni daşnaklarından müdafiə edən türk əsgərlərinin xidmətlərini də yüksək qiymətləndirib.

Mehmet Əli Şahin Bakıda rəsmi səfərdədir.

Onun səfərinin məqsədi Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk sessiyasında iştirak etməkdir. Bundan başqa, Türkiyə Parlamentinin sədri Bakıya səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək.

Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk sessiyası sentyabrın 28-29-da Bakıda keçiriləcək.

Mehmet Əli Şahin Türkiyə Parlamentinin spikeri vəzifəsinə avqust ayında seçilib. Əvvəlcə o, Türkiyənin ədliyyə naziri olub.

Əli Şahin hakim Ədalət və İnkişaf Partiyasının yaradıcılarından biridir. Ərdoğanın iki hökumətində Mehmet Əli Şahin Baş nazir və dövlət naziri vəzifələrini tutub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti