...

Zviad Siçinava Gürcüstan Futbol Federasiyasının prezidenti seçilib

Siyasət Materials 1 Oktyabr 2009 17:48 (UTC +04:00)
"Bayya" futbol klubunun prezidenti Zviad Siçinava bu gün Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti seçilib. Seçkilər Gürcüstan millisinin "Basa" texniki mərkəzində keçirilib və 31 nümayəndədən 29-u ona səs verib.
Zviad Siçinava Gürcüstan Futbol Federasiyasının prezidenti seçilib

Gürcüstan, Tbilisi, 01 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

"Bayya" futbol klubunun prezidenti Zviad Siçinava bu gün Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti seçilib. Seçkilər Gürcüstan millisinin "Basa" texniki mərkəzində keçirilib və 31 nümayəndədən 29-u ona səs verib.

O, GFF prezidenti postuna yeganə namizəd olub.

GFF-nin sabiq prezidenti Nodar Axalkasi sentyabrın 15-də istefa vermişdi. O, gedişinin səbəbini Gürcüstan yığmasının uğursuz çıxışı ilə əlaqələndirmişdi.

Seçkilərdən sonra Siçinava bildirib ki, GFF rəhbərliyində yer alacaq komandasını gələn həftə təqdim edəcək. O deyib ki, prezident vəzifəsində onun birinci işi futbol üzrə Gürcüstan yığmasının yeni təsnifat mərhələsindən baş məşqçisi təyin edilən Temur Kesbaya ilə danışıqlara başlaması olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti