Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının (ÇXR) sədri Hu Szintaonu milli bayram - ÇXR-in yaranması günü, həmçinin Nigeriya Prezidenti Umaru Yar'Aduanı milli bayram - Müstəqillik günü münasibəti ilə təbrik edib. Məlumatı cümə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
İlham Əliyev təbrik məktublarında Azərbaycan ilə bu ölkələr arasında əməkdaşlıq və dostluq münasibətlərinin həmişə inkişaf edəcəyinə və genişlənəcəyinə, bunun üçün bütün səylərin göstəriləcəyinə əminliyini ifadə edib.