Oktyabrın 2-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin təkbətək görüşü olub, AzərTAc dövlət agentliyi məlumat yayıb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb və bu səfərin əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyi bildirilib.
Dövlət başçıları ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]
Azərbaycan və Qazaxıstan prezidentlərinin təkbətək görüşü olub