...

Fransa Prezidenti Qazaxıstanın "Altın Kıran" ordeni ilə təltif olunacaq

Siyasət Materials 6 Oktyabr 2009 11:30 (UTC +04:00)
Fransa Prezidenti Nikolya Sarkozi Qazaxıstan-Fransa münasibətlərində böyük töhvəsinə görə "Altın Kıran" (Qızıl qartal) ordeini ilə təltif olunacaq. Bu bardə Qazaxıstan Prezideninin mətbuat xidməti xəbər verib.
Fransa Prezidenti Qazaxıstanın "Altın Kıran" ordeni ilə təltif olunacaq

Qazaxlıstan, Astana, 06 oktyabr / Trend , müxbir K.Konırova/

Fransa Prezidenti Nikolya Sarkozi Qazaxıstan-Fransa münasibətlərində böyük töhvəsinə görə "Altın Kıran" (Qızıl qartal) ordeini ilə təltif olunacaq. Bu bardə Qazaxıstan Prezideninin mətbuat xidməti xəbər verib.

Ak-Ordnın məlumatına əsasən, "Altın Kıran" ordeni Qazaxıstan Respublikasının yüksək fərqlənmə dərəcəsidir. "Altın Kıran" ordeni ilə vətəndaşlar Qazaxıstan Respublikası qarşısında xüsusi dövlət xidmətlərinə görə təltif olunurlar.

"Altın Kıran" ordeni ilə təltif olunacaq namzidələr Qazaxıstan Prezidenti tərəfindən müəyyən olunur.

Xatırladaq ki, bu gün Fransa Prezidenti Nikolya Sarkozi səhər tezdən Astanaya rəsmi səfərə gəlib.

QR Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, səfər zamanı ticari-iqtisadi, enerji, hərbi, elmi-texniki, humanitar və digr sahələrdə bir sıra hökumətlərarası və kommersiya müqavilələrinin imzalanması, Qazaxıstan və Fransanın işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə biznes forumların keçirilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti